ABŞda isti hava altı nəfərin ölümünə səbəb olub


Dünya 20 İyl 2019 20:49:00 192 0

ABŞda isti hava altı nəfərin ölümünə səbəb olub

Anormal isti hava ABŞ-ın müxtəlif ştatlarında ən azı altı nəfərin ölümünə səbəb olub.

Son.az Trend-ə istinadən bildirir ki, 4 nəfər Merilenddə, bir nəfər Arizonada, daha bir nəfər də Arkanzas ştatında dünyasını dəyişib.

Bundan əlavə, isti hava şəraiti ABŞ-ın orta qərbində və şərq sahillərində 200 milyona qədər insana təsir edə bilər.

Bu bölgələrdə həftə sonu temperaturu 32 dərəcədən yuxarı qalxaraq, 37-45 dərəcə kimi hiss edilə bilər.