Qadınlarla kişilər eyni cür düşünür


Digərləri 20 İyl 2019 20:25:00 194 0

Qadınlarla kişilər eyni cür düşünür

Britaniya mətbuatının yazdığına görə, qadın və kişilər praktik olaraq eyni cür düşünürlər. Bu bəyanatla neyrobioloqlar çıxış ediblər. Mütəxəssislər bildiriblər ki, əks cinslərin nümayəndələrinin intellektləri tamamilə eynidir.

Son.az tibb.az-a istinadən bildirir ki, onların bəzən müxtəlif fikirdə olmaları isə, sadəcə, stereotiplərdir. Professor Cin Ripponun sözlərinə görə, qadın və kişilərin beyinlərində onların hərəkətlərinə təsir göstərəcək strukturlar çox da fərqli deyil. Kişi və qadınlar eyni cür düşünürlər. Lakin bir sıra məsələlərdə fərqlilik, sadəcə, onların tamamilə köhnəlmiş stereotiplərin təsiri altında olmalarından irəli gəlir. Son.az