Salah Premyer Liqanın ən çox qazanan futbolçusu ola bilər


Digərləri 20 İyl 2019 19:22:00 238 0

Salah Premyer Liqanın ən çox qazanan futbolçusu ola bilər

"Liverpul" futbolçusu Məhəmməd Salahla müqavilənin müddətini uzatmağa hazırlaşır.

Son.az qol.az-a istinadən xəbər verir ki, Qol.az-ın "The Sun"a istinadən yaydığı xəbərə görə, İngiltərə klubu yeni müqavilə ilə 27 yaşlı hücumçunun illik maaşını artırmağı planlaşdırır. Misirli oyunçu bu təklifi qəbul edəcəyi təqdirdə, ilinə 22.4 milyon funt sterlinq qazanacaq. Bununla da, o, Premyer Liqanın ən çox qazanan futbolçusu olacaq.

Qeyd edək ki, Salahın "Liverpul"la hazırkı müqaviləsi 2023-cü ilin yayında başa çatır.