“Oktar televiziyada ağlayan şəhid xanımı görən kimi deyirdi, “onu mənə gətirin” FOTO


Dünya 20 İyl 2019 18:30:00 229 0

“Oktar televiziyada ağlayan şəhid xanımı görən kimi deyirdi, “onu mənə gətirin”  FOTO

“Adnan Oktar 1998-ci ildən kişi kimi iqtidarsızdır, amma....”

Adnan Oktar cinayətkar dəstəsinin istintaqı nəticəsində 171 nəfər həbs olunub, 226 şübhəli haqqında iddianamə hazırlanıb. İstintaq sənədləri artıq İstanbul 30.Ağır Cəza Məhkəməsi tərəfindən qəbul edilib. 

Son.az musavat.com-a istinadən bildirir ki, ilk məhkəmə 17 sentyabr 2019-cu ildə keçiriləcək. İstintaq çərçivəsində zərərçəkən və etirafçı qismində 125 nəfərin ifadəsi alınıb. Şübhəlilərdən 25-nin peşmanlıq hökmlərindən faydalanmaq üçün müraciət etdiyi və bu məsələdə ifadələrinin alındığı qeyd edilir.

Təşkilatın qurucusu və rəhbəri olan şübhəli Adnan Oktarın rəhbərliyindəki silahlı cinayətkar dəstənin 1-i qaçaq olmaq üzrə 13 rəhbəri olduğu və istintaq çərçivəsində 171-i məhkum olmaq şərtilə 226 şübhəli şəxs var. Dəstənin cinayətləri isə aşağıdakı kimidir:

Siyasi və ya hərbi casusluq cinayətinə təşəbbüs etmək, cinayət etmək məqsədilə təşkilat qurmaq və onu idarə etmək, cinayət törətmək məqsədilə qurulan dəstəyə üzv olmaq, dəstəyə yardım etmək, cinsi istismar, insanların təhsil almaq haqqının əngəllənməsi, şantaj, işgəncə, insanın azadlığını əlindən almaq, cinayətlə əldə edilən mal varlığının dəyərini və mənbəyini təmizləmək, həqarət, insanlar arasındakı danışıqların dinlənilməsi və qeydə alınması, rüşvətxorluq, təhdid, şəxsi məlumatların ələ keçirilməsi, qəsdən adam öldürməyə təşəbbüs, silahlı terror təşkilatına yardım etmək, rəsmi sənədləri yox etmək və ya gizlətmək, rəsmi sənəddə saxtakarlıq və cavabdehi gizlətmək".

İstintaq sənədləri və ittiham tərəfi onun 870 il həbsini istəyir.

Bu arada Türkiyə mediası etirafçılardan Beril Qoncagülün açıqlamalarını da təqdim edir. 9 il boyunca Adnan Oktar tərəfindən cinsi istismar, zorlama və işgəncəyə məruz qalan Beril Qoncagül Oktarın yanında keçən illəri "robot kimi idim" deyə təqdim edərək, detallar bardə danışıb: "Bu adam azadlıqda olmamalıdır. Həm döyür, həm də insanı saçından tutub yerlə sürüyür. Belə söyüş, təhqir, həqarət görülməyib. Bu illər ərzində istismara məruz qaldım, döyüldüm. Mənim ilk azadlığım türmədə başladı".

60 SİLAHLI MÜHAFİZƏÇİ

B.Qoncagül dəfələrlə qaçmağa çalışdığını, A.Oktarın evində 60 silahlı mühafizəçinin olduğunu, özəl kameralarla izləndiklərini, ordakı qadınları daima ona "aşkım, sevgilim" deyə müraciətə məcbur etdiklərini, 7 yaşındakı uşaqları belə cinsi istismar etdiyini etiraf edib.

"AŞİQ OLDUĞUM ONUN ADAMI İMİŞ"

1989-cu ildə dünyaya gəldim. Təşkilata 2010-cu ildə girdim. Fizika üzrə təhsil alırdım, eyni zamanda xaricə gedib memarlıq oxumaq niyyətində idim. Bir agentliyə yazılmışdım. Reklam çəkilişlərinə gedirdim. Adnan Oktar məni ordan izləyibmiş. O, birini görür, gözünə kəsdirir və onu alır... Mənim qabağıma da iş adamı hesab etdiyim Can Yıldızı çıxardı. Bu mövzuların imamıdır. O qədər düzgün, o qədər şahanə, o qədər etibarlı görünürdü ki, aşiq oldum. 21 yaşındaydım. Sonra da o nəvazişli adamın adının Can yox, Bora olduğunu öyrəndim. Halbuki evlənəcəkdik, cehiz almaq üçün birgə mağazalara gedirdik. Demə, Adnanın adamı imiş. Təşkilata girişim də onunla oldu. Son nəticədə onunla evlənəcəkdik, hər şeyi payaşırdıq. Bu nə demək? Bora hər şeyimizi bilir deməkdir".

"5 DƏFƏ QAÇMAĞA ÇALIŞDIM"

9 il boyunca təşkilatın bütün evlərini gəzdim. 2014-c ildən yaxalandığımız tarixə qədər Draqosda, Adnan Oktarın yanında yaşayırdım. 5 dəfə qaçmağa çalışdım, 60 silahlı cangüdən, yüzıərlə kamera olduğu üçün buna nail ola bilmədim. Bəzən atıb-tuturlar ki, pəncərəni qırıb niyə qaçmırsınız? Hər tərəfdə cangüdənlərin, mühafizənin olduğu bir ərazidəsən, hara qaçırsan? "Ailəni acından öləcək hala gətirəcəm" deyə təhdid etməsini də yaddan çıxarmayaq. Bir müddət sonra "Nə olacaqsa, mənə olsun" deyirsiniz".

"CİNSİ İSTİSMAR EDƏR, DÖYƏR, SÖYƏRDİ"

Adnanın evində 18 qadın idik. Oyanacaqsan, dərhal makiyajını edib, paltarını geyinəcəksən, o oyanmadan aşağı enəcəksən. Paltar dediyin də yarıçılpaq vəziyyətdə olmaqdır. Hamı bir yerdə oturur. Bu zaman Adnan üstündə dizlərinə qədər düşən bir tumanla qarşına gəlir. Bütün gün də evdə elə gəzir, biləsiniz. Döyür, söyür, başımızdan aşağı yemək tökür, söyür, təhqir edir, cinsi münasibətə məcbur edir. 'Baxışlarını bəyənmədim" deyib, saçından sürükləyər, çılpaq vəziyyətə salıb, yenə döyər. Bunları yaşadıqdan sonra bir də üzr istəyirsən, o da sənə qışqırıb bağırır, sən ona "Tamam, aşkım, bir daha etməyəcəm" deməyə məcbursan. Ona mütləq "aşkım, sevgilim" deyə müraciət etməlisən. Əks halda bunun ciddi və ağır nəticələrinə dözməlisən".