Avaraçılıq və dilənçiliklə məşğul olan 22 nəfər saxlanılıb - 13-ü azyaşlıdır


Digərləri 20 İyl 2019 12:28:52 170 0

Avaraçılıq və dilənçiliklə məşğul olan 22 nəfər saxlanılıb - 13-ü azyaşlıdır

Bakıda avaraçılıq və dilənçiliklə məşğul olanlar saxlanılıb.

Bakı. Bakıda avaraçılıq və dilənçiliklə məşğul olanlar saxlanılıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Binəqədi RPİ-nin əməkdaşları tərəfindən rayon ərazisində avaraçılıq və dilənçiliklə məşğul olduqlarına görə 22 nəfər saxlanılıb. Onlardan 7-i qadın, 13 nəfəri isə azyaşlıdır.