Binəqədidə 2 otaqlı ev yanıb


Digərləri 20 İyl 2019 12:11:00 229 0

Binəqədidə 2 otaqlı ev yanıb

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 70 m² olan birmərtəbəli 2 otaqlı evin dam örtüyünün və tavanının yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, evin qalan hissəsi və yaxınlıqdakı evlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.