Azərbaycan və İran birgə peyk layihəsi ilə bağlı müzakirələr aparır - Nazir (ÖZƏL)


Digərləri 20 İyl 2019 10:09:00 269 0

Azərbaycan və İran birgə peyk layihəsi ilə bağlı müzakirələr aparır - Nazir (ÖZƏL)

Azərbaycan və İran birgə peyk istehsalı və buraxılması üçün danışıqlar aparırlar.

Tehran. Sara Riazi - Azərbaycan və İran birgə peyk istehsalı və buraxılması üçün danışıqlar aparırlar. Bunu Trend-in Tehrandakı müxbirinə özəl açıqlamasında Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə bildirib. Nazirin sözlərinə görə, "Azercosmos" bu məsələə ilə bağlı İranın müvafiq təşkilatları ilə birbaşa əlaqədədir. R.Quluzadə daha sonra qeyd edib: "Hazırda iki ölkə bu məsələ ilə bağlı danışıqlar aparır. Mən düşünürəm ki, yaxın zamanlarda razılıq əldə olunacaq".