Şizofreniyanın yaranması pişik parazitləri ilə əlaqəlidir Toksoplazmoz beyinə təsir edirmiş


Digərləri 19 İyl 2019 23:30:00 277 0

Şizofreniyanın yaranması pişik parazitləri ilə əlaqəlidir  Toksoplazmoz beyinə təsir edirmiş

Müəyyən olunub ki, şizofreniyadan əziyyət çəkən insanlarda tokskoplazmoz sağlam adamlardan 2 dəfə çoxdur. 

Toxoplasma gondii paraziti pişiklərdə olur. Uzun müddət pişik sahibləri üçün zərərsiz hesab olunurdu. Xəstəliyin kəskin fazası belə hamıda( təkcə embrion döldən başqa) qısa çəkir və ağır fəsadları olmurdu. 

Ona görə pişiklərin evdə istədilən qədər insanlarla birgə sıx təmasda yaşamasına mane olmaması düşünülürdü. 

Son.az medicina.az-a istinadən bildirir ki, son illərdə aparılan tədqiqatlar göstərib ki, hətta pişik saxlayanda bu bakteriyaya qarşı immun cavab formalaşsa da, virus beyinə neqativ təsir edir və insanın davranışına təsir edir. 

Məsələn, Moskvada aparılan tədqiqat sübut edib ki, öz günahı üzündən yol qəzası törədən sürücülərin qanında toksoplazmoz digər sürücülərə nisbədən 2 dəfə çox aşkarlanıb. Eləcə də intihar edən və buna cəhd edənlərin də qanında bu bakteriya çox aşkarlanır.

Belə olan halda alimlər 2 qrup insan üzərində toksoplazmozun dəhşətli təsirlərini araşdırmaq fikrinə düşdülər. 155 nəfər şizofreniya diqnozu olan, 152 nəfər isə kontrol - bu xəstəliyi olmayan qrup ayrılır.

Onlarda latent toksoplazmozun olmasını təyin etmək üçün qan plazması müayinə olunur və toksoplazmozun 2 antiteli axtarılır. Əgər plazmada İgG antiteli çoxdursa, bu toksoplazmoz latent xarakter daşıyır. Bu tədqiqatda bütün müayinə olunan şizofreniya qrupun 40%-də latent tip aşlarlandı. Sağlam qrupun isə 25%-də bu tip qeyd olundu.

Moskva əhalisinin 90%-də bu tip toksoplazma tipinə rast gəlmə faizi təxminən belədir. 

Ona görə də şizofreniyanın yaranması və yayılmasında bu bakteriyanın və qanda bu antitellərin letal olmasının rolu böyükdür. Xüsusən qadınlarda bu daha güclüdür. Onlarda toksoplazmoz  41%-dir.