“Nə etsəniz də, tanınmayacaqsınız” sözləri Şəbnəmi əsəbləşdirdi


Şou-biznes 19 İyl 2019 19:50:00 247 0

“Nə etsəniz də, tanınmayacaqsınız” sözləri Şəbnəmi əsəbləşdirdi

Sentyabrın 8-i İstanbulda konsert verməyə hazırlaşan müğənni Şəbnəm Tovuzlunu izləyicisi özündən çıxarıb. 

Son.az musavat.com-a istinadən bildirir ki, ifaçının konserti ilə bağlı paylaşımına bir izləyicisi " Bunların pullarına heyfi gəlmir. Onsuz nə desəniz də, Türkiyədə Zeynəbdən başqası tanınmır. Bunu bilin" şərhini yazıb. 

Şəbnəmin izləyicisə cavabı gecikməyib:

"Sən narahat olma. Biz ora pul töküb getmirik. Türkiyənin böyük şirkəti bizə pul təklif edib, xahişlə konsert verməyimizi istəyib. Məni kifayət qədər tanıyırlar. Sən ürəyini təmiz tut".