28 min abituriyent arasında maksimum bal toplayan Səbinə FOTO


Digərləri 19 İyl 2019 18:46:00 352 0

28 min abituriyent arasında maksimum bal toplayan Səbinə  FOTO

Dövlət İmtahan Mərkəzi (DİM) II və III ixtisas qrupları üzrə iyulun 7-də keçirilən qəbul imtahanlarının nəticələrini elan edib.

İmtahanda III ixtisas qrupu üzrə bir abituriyent Bakı şəhəri, 192 saylı orta məktəbin məzunu Zülfiyeva Səbinə Novruz qızı ona təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimal nəticə - 400 bal toplayıb.

Son.az xəbər verir ki, maksimum bal toplayan abituriyent oxu.az-a danışıb.

O, bakalavr təhsilini Azərbaycanda alacağını deyib:

"Buraxılış imtahanında 270 bal toplamışam. Hüquq fakültəsini seçəcəyəm. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və ya Bakı Dövlət Universitetində təhsil alacağam. Magistratura təhsilimi isə xaricdə davam etdirəcəyəm".

Səbinə Zülfiyeva qeyd edib ki, ona ən böyük dəstəyi anası göstərib:


Xəbərə aid fotolar