Azərbaycan hərbçiləri "Beynəlxalq Ordu Oyunları-2019"da iştirak edəcək


Digərləri 19 İyl 2019 17:04:00 204 0

Azərbaycan hərbçiləri "Beynəlxalq Ordu Oyunları-2019"da iştirak edəcək

Azərbaycan hərbçiləri avqustun 3-dən 17-dək 10 dövlətin ərazisində keçiriləcək “Beynəlxalq Ordu Oyunları-2019” yarışlarında ölkəmizi təmsil edəcəklər.

Bakı. Azərbaycan hərbçiləri avqustun 3-dən 17-dək 10 dövlətin ərazisində keçiriləcək “Beynəlxalq Ordu Oyunları-2019” yarışlarında ölkəmizi təmsil edəcəklər. Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan hərbçiləri ölkəmizdə “Dəniz kuboku”, Rusiyada “Tank biatlonu” və “Səhra mətbəxi”, Qazaxıstanda “Artilleriya atəşinin ustaları”, Belarusda “Snayper həddi” və Özbəkistanda təşkil olunacaq “Hərbi-tibbi estafet” müsabiqələrində iştirak edəcək. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin