Bakıda qırmızıdan keçən "Prado" qəza törətdi VİDEO


Digərləri 19 İyl 2019 16:11:00 196 0

Bakıda qırmızıdan keçən "Prado" qəza törətdi  VİDEO

Svetoforun qırmızı işığında keçməyin nə dərəcədə təhlükəli bir xəta olduğunu çoxları başa düşür. Amma buna məsuliyyətsiz yanaşanlar da var. Təəssüf ki, bəzi sürücülər son anda da olsa qırmızıdan keçmə istəyində olurlar. Bununla da ağır qəzalar baş verir.   Son.az avtosfer.az-a istinadən xəbər verir ki, paytaxtda baş vermiş daha bir qəzanın səbəbi də bu qəbildəndir. "Toyota Prado" markalı avtomobil svetoforun qırmızı işığında yolayrıcını keçməyə çalışır. Bu zaman sağ tərəfdən öz yolu ilə gələn digər nəqliyyat vasitəsinə çırpılır. Nəticədə hər iki avtomobilə ciddi ziyan dəyir, sürücülər xəsarət alır.   Təhlükəsizlik kamerasına düşən həmin görüntüləri təqdim edirik: