Antalyada nə qədər azərbaycanlı yaşayır?


Digərləri 19 İyl 2019 15:25:00 216 0

Antalyada nə qədər azərbaycanlı yaşayır?

2018-ci ilin yekunlarına əsasən, Türkiyənin Antalya şəhərində 4 min azərbaycanlı yaşayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, eyni zamanda bu bölgədə 5,7 min Qazaxıstan, 5,6 min Qırğızıstan, 2,1 min Türkmənistan və 2,1 min Özbəkistan vətəndaşı yaşayır.

Türkiyə Statistika İnstitutunun hesabatında qeyd olunur ki, Antalyada yaşayan əcnəbilərin sayı ümumilikdə 75 mindən çoxdur. Bu siyahıda isə 114,4 min nəfərlə Rusiya liderlik edir.

Ümumilikdə, 2018-ci ildə Antalyanın əhalisi 2,426 milyon nəfər təşkil edib.