Ağstafada “KamAZ”ın təkəri partladı


Digərləri 19 İyl 2019 13:05:00 304 0

Ağstafada “KamAZ”ın təkəri partladı

Ağstafa rayonunda bədbəxt hadisə baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, rayonun Böyük Kəsik kəndində usta işləyən 1962-ci il təvəllüdlü Mehdiyev İxtiyar Mehdi oğlu "KamAZ"-ı təmir edərkən, yük maşınının təkəri partlayıb.

Nəticədə ağır bədən xəsarətləri alan İ.Mehdiyev Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun sol əlinin ikinci və üçüncü barmaqları, habelə sağ gözü amputasiya edilib.

Kəllə-beyin travması alan İ.Mehdiyevin vəziyyəti ağırdır. 

Faktla bağlı araşdırma aparılır.


Xəbərə aid fotolar