EYOF-da Azərbaycanın bayraqdarı bu idmançı olacaq


Digərləri 19 İyl 2019 12:52:00 204 0

EYOF-da Azərbaycanın bayraqdarı bu idmançı olacaq

Bakıda keçiriləcək Yeniyetmələrin Avropa Olimpiya Festivalında (EYOF) Azərbaycanın bayraqdarı müəyyənləşib.

Bakı. Bakıda keçiriləcək Yeniyetmələrin Avropa Olimpiya Festivalında (EYOF) Azərbaycanın bayraqdarı müəyyənləşib. Trend-in məlumatına görə, iyulun 21-də start götürəcək festivalda bayraqdarımız yeniyetmələrdən ibarət cüdo üzrə milli komandamızın üzvü, Avropa birinciliyinin mükafatçısı Hüseyn Məmmədov (+90 kq) olacaq. Cüdoçumuz Olimpiya Festivalının açılış mərasimində Azərbaycanın bayrağını daşıyacaq. Qeyd edək ki, EYOF-un açılış mərasimi iyulun 21-də saat 20:00-da başlayacaq.