Jurnalistlər üçün tikilən 3cü yaşayış binası gələn il təhvil verilə bilər


Digərləri 19 İyl 2019 12:19:00 266 0

Jurnalistlər üçün tikilən 3cü yaşayış binası gələn il təhvil verilə bilər

Jurnalistlər üçün tikilən üçüncü yaşayış binasının gələn il Mətbuat Günündə təhvil verilməsi nəzərdə tutulur.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli deyib.

Onun sözlərinə görə, artıq jurnalistlər üçün 2 bina tikilərək istifadəyə verilib. Həmin binalarda 411 jurnalist yaşayır: "Mediaya göstərdiyi dəstəyə görə mətbuat nümayəndələri adından Azərbaycan Prezidenti Ilham Əliyevə təşəkkür edirəm. Azərbaycan mətbuatına dövlət dəstəyi bundan sonra da davam edəcək".