Bu gün riyaziyyat və fiziki tərbiyə müəllimi olmaq istəyənlər imtahan verir
Digərləri 19 İyl 2019 11:34:00 293 0
İyulun 19-da riyaziyyat və fiziki tərbiyə müəllimliyi üzrə imtahanlar keçirilir.
Son.az xəbər verir ki, bu barədə Trend Təhsil Nazirliyinə istinadən xəbər verir.
Qeyd edək ki, iyulun 18-də ibtidai sinif müəllimliyi üzrə test imtahanları başa çatıb. İmtahanda iştirak edən Vüsalə Ramazanova 57 bal toplayaraq rus bölməsi üzrə namizədlər arasında yüksək nəticə göstərib. Vüsalə Ramazanova 1998-2002-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində ibtidai təhsilin pedaqogika və metodikası ixtisası, 2009-2012-ci illərdə isə Azərbaycan Dövlət İqtisad Universitetində biznesin təşkili və idarə edilməsi ixtisası üzrə təhsil alıb.
İmtahanlar iyulun 24-dək davam edəcək.
Mənbə: milli.az