İtaliyanı nə gözləyir?


Dünya 19 İyl 2019 11:25:00 194 0

İtaliyanı nə gözləyir?

İtaliyanın Siciliya adasında Etna vulkanında aktivlik müşahidə edilir.

Son.az Trend-ə istinadən xəbər verir ki, İtaliyanın Geofizika və Vulkanologiya İnstitutunun əməkdaşları bu qənaətə gəliblər.

İyulun 14-də artıq vulkanın kraterində oyanma olduğu bildirilir. Hətta lava qatının da yarandığı qeyd edilir.

Lakin vulkan ətrafında durum çox təhlükəli qiymətləndirilmir. Hətta bu dəfə püskürmə olsa belə, vulkanoloqlar insan həyatı üçün bir təhlükə görmədiklərini bildiriblər. Eyni zamanda vulkanın oyanmasının yaxınlıqdakı Kataniya aeroportunun işinə təsir etməyəcəyini də qeyd edirlər.