"FaceApp" iddialara cavab verdi


Digərləri 19 İyl 2019 11:15:00 185 0

"FaceApp" iddialara cavab verdi

Fotoşəkillərin işlənməsi üçün nəzərdə tutulmuş "FaceApp" tətbiqi haqqında yayılmış iddialara cavab verib.

Son.az ölkə.az-a istinadən bildirir ki, proqramın yaradıcısı Yaroslav Qonçarov məlumatların üçüncü tərəfə ötürülməsi ilə bağlı informasiyaların yanlış olduğunu deyib.

"Hazırda bizim məlumat mərkəzimizə müraciət edən insanların əksəriyyəti fotolarının silinməsini tələb edirlər. Ciddi basırıqlıq yaranıb. Amma bu, bizim üçün prioritet məsələdir", - Qonçarov bildirib.

O, həmçinin əlavə edib ki, məlumatların üçüncü tərəfə ötürülməsi müzakirə mövzusu deyil: "FaceApp" üzərində iş görülən fotoların böyük hissəsini "buludlar"da saxlayır. Biz, sadəcə, istifadəçinin redaktə üçün seçdiyi fotoları yükləyirik. Heç vaxt əlavə hansısa fotonu götürmürük. Yüklənən şəkillər isə 48 saat ərzində serverlərimizdən silinir".