Rusiya "Google"u 700 min rubl məbləğində cərimələyib


Dünya 19 İyl 2019 08:40:00 198 0

Rusiya "Google"u 700 min rubl məbləğində cərimələyib

Rusiya Dövlət Nəzarət Komitəsi "Google"u reyestr uyğun olaraq qadağan olunmuş informasiyaları filtrləmədiyi üçün cərimə edib.

Son.az Trend-ə istinadən bildirir ki, şirkət 700 min rubl cərimə ödəyəcək.

Qeyd edək ki, bu, şirkətin "İnformasiya haqqında qanun"u ilk pozması deyil.

Bundan öncə də "Google" Rusiyada 500 min rubl məbləğində cərimələnmişdi.