Qubada polis əməkdaşları qanvermə aksiyasında iştirak ediblər (FOTO)


Digərləri 19 İyl 2019 08:00:21 235 0

Qubada polis əməkdaşları qanvermə aksiyasında iştirak ediblər (FOTO)

Qubanın B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstititunun əməkdaşlarının iştirakı ilə Mərkəzi Qan Bankının Quba bölməsində talassemiyalı və hemofiliyalı xəstələrə dəstək olmaq üçün qanvermə aksiyası keçirilib

Bakı. Qubanın B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstititunun əməkdaşlarının iştirakı ilə Mərkəzi Qan Bankının Quba bölməsində talassemiyalı və hemofiliyalı xəstələrə dəstək olmaq üçün qanvermə aksiyası keçirilib. DİN Mətbuat xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, “Qan ver, yaşat!” devizi ilə gerçəkləşən humanist aksiyada Quba Rayon Polis Şöbəsinin şəxsi heyəti fəal iştirak edib. Səhhəti imkan verən polis əməkdaşları tibbi müayinədən keçdikdən sonra qan vermək üçün masalara yaxınlaşıblar. Onlar bu aksiyaya qoşulmağı özlərinə vətəndaşlıq borcu olduğunu bildirirərək, xəstə insanların heç də cəmiyyətdən kənarda qalmadıqlarını bir daha nümayiş etdiriblər. Keçirilən xeyriyyəçilik tədbiri aksiya iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.