Azərbaycan idmançısı Paralimpiya Oyunlarına lisenziya qazanıb


Digərləri 19 İyl 2019 00:19:05 185 0

Azərbaycan idmançısı Paralimpiya Oyunlarına lisenziya qazanıb

Azərbaycanlı paralimpiyaçılar "Tokio 2020" Paralimpiya Oyunlarına ilk lisenziyanı qazanıblar

Bakı. Azərbaycanlı paralimpiyaçılar "Tokio 2020" Paralimpiya Oyunlarına ilk lisenziyanı qazanıblar. Azərbaycan Milli Paralimpiya Komitəsindən Trend-ə verilən məlumata görə, pauerliftinq üzrə Azərbaycanın paralimpiya yığma komandasının üzvü Elşən Hüseynov “Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarına lisenziyasını təmin edib. Belə ki, Qazaxıstanın Nur-Sultan şəhərində keçirilən para-pauerliftinq üzrə dünya çempionatında idmançımız 107 kiloqram çəki dərəcəsində 217 çəki qaldırıb. O, bu nəticə ilə Paralimpiya Oyunlarına lisenziya qazanıb. Dünya reytinqində dördüncü olan idmançımız mövqeyini daha da möhkəmləndirib.