Bizi Allahdan uzaqlaşdırmaq istəyən dörd qorxulu düşmən


Digərləri 18 İyl 2019 21:50:00 338 0

Bizi Allahdan uzaqlaşdırmaq istəyən dörd qorxulu düşmən

Ətrafımızda daim bizi rəngarəng tələləri ilə Allahdan uzaqlaşdırmaq istəyən qorxulu düşmənlərin təhlükəsi var. Bu düşmənlər aşağıdakılardan ibarətdir:

1. Nəfs:

Peyğəmbəri-Əkrəm (s) buyurur: "Ən inadkar düşmən insanın öz şəhvani və şeytani istəkləridir. Buistəklərlə məşğul olmaq ilahi yaxınlıq məqamından uzaqlaşmağa səbəb olur." ("Biharul-ənvar", c.67, səh.36.)

Son.az maide.az-a istinadən bildirir ki, rəyasət sevgisi buna bir misaldır və məsum rəhbərlərimiz bizə bu barədə xəbərdarlıq etmişlər: "Rəyasətməhəbbəti, sadiq insanların düşüncəsindən uzaqlaşan axırıncı şeydir." ("Nəhcül-bəlağənin şərhi", İbn Əbilhədid, c.22. səh.181.)

Çünki insan xalqın ona hörmət etməsini, adının hər zaman hörmətlə çəkilməsini və ictimai ünvan sahibi olmasını istəyir. Bütün bu cazibələrdən qaçıb Allaha üz tutmalıyıq. Bu qaçışın yüksək və ya ahəstə sürətlə olması bizi özünə tərəf çəkmək istəyən düşmənin qüvvəsindən asılıdır. Psixologiyada deyilir: "İnsanda gizli qüvvələr var. Təhlükə hiss etməyincə, bu qüvvələr məxfi qalır." Bir çox hallarda özümüzün də bu qüvvələrdən xəbərimiz olmur. Lakin güclü düşmən tərəfindən təqib olunarkən qaçıb qurtulmaq üçün bütün qüvvəmizi işə salırıq.

Böyük günahlar və haram işlərdən əlavə, bəzən halal nəfsani istəklər də kamilliyə mane olur.

Ayətulllah Misbah Yəzdi deyir ki, təzəcə evlənmişdim. Böyük şəxslərdən biri öz kiçik şagirdini yoxlamaq üçün bizə gəldi. Onun üçün şirni gətirdim. Şirnidən azacıq yeyib mənə belə buyurdu: "Bu şirni quşunayağına bağlanmış və onun uçmasına mane olan bir daşa bənzəyir." Mənə anlatmaq istəyirdi ki, bəzən halal işlər də uca kamilliklərə çatmağın qarşısını alır. Dünyanın halal ləzzətləri insanı hərəkətdən saxlayır. Haram və günaha gəldikdə isə, bunlar insanı cəhənnəmin dibinə sürükləyir. Gəncliyinin ilkin dövrlərini yaşayan və çirkin nəfsani sifətlərə aludə olmayan gənclər çalışmalı və halal olsa belə nəfsani istəklərlə mübarizə aparmalı, müstəhəbləri yerinə yetirib nəfslərini cilovlamalıdırlar. Gənclər gəncliyinin qədrini bilməlidirlər. Onlar öz iradələri ilə bir çox işlər görə bilərlər.

2. Cin şeytanlar:

Qurani-Kərimin "Sad" surəsinin 82-ci ayəsində buyurulur: "Sənin izzətinə-qüdrətinə and olsun ki, onların hamısını azdıracağam."

Bu ayəyə əsasən, şeytan bizim and içmiş düşmənimizdir. Bu mövzu bir atalar sözü formasını almışdır. Şeytanın bütün Adəm övladlarını azdırmaq üçün içdiyi and böyük bir anddır.