İran silahlı qüvvәlәri yanacaq tankerini ələ keçirdi


Dünya 18 İyl 2019 20:44:00 202 0

İran silahlı qüvvәlәri yanacaq tankerini ələ keçirdi

İranın İslam İnqilabı Keşikçilәr Korpusu (Sepah) ölkənin cәnubunda Hörmüzqan vilayәtinin Larәk adası yaxınlığında qanunsuz yolla yanacaq daşıyan tankeri saxlayıblar.

Son.az Trend-ə istinadən bildirir ki, bu barәdә bu qurum mәlumat yayıb.

Mәlumata görә, iyulun 14-də 1 milyon litr yanacağı olan xarici ölkәyә mәxsus gәmi 12 xarici vәtәndaşla birlikdә saxlanılıb. Bu gәmi İran әrazisindә kiçik gәmilәrdәn yanacağı tәhvil alır vә uzaq әrazidә xarici yanacaq tankerlәrinә tәhvil verirmiş.