“Əhalinin siyahıyaalınması: dayanıqlı inkişaf üçün mühüm informasiya mənbəyi” mövzusunda yazı müsabiqəsi elan edilib (FOTO)


Digərləri 18 İyl 2019 18:08:00 217 0

“Əhalinin siyahıyaalınması: dayanıqlı inkişaf üçün mühüm informasiya mənbəyi” mövzusunda yazı müsabiqəsi elan edilib (FOTO)

“Əhalinin siyahıyaalınması: dayanıqlı inkişaf üçün mühüm informasiya mənbəyi” mövzusunda yazı müsabiqəsi elan edilib

Bakı. “Əhalinin siyahıyaalınması: dayanıqlı inkişaf üçün mühüm informasiya mənbəyi” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsi elan olunub. Trend-in məlumatına görə, iyulun 18-də Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində Milli Mətbuat Günü ərəfəsində KİV nümayəndələri ilə görüş keçirilib. Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov deyib ki, oktyabrın 1-10-da ölkəmizdə əhalinin növbəti siyahıyaalması keçiriləcək. O, fərdi jurnalist yazıları müsabiqəsinin əhalinin növbəti siyahıyaalmasının cəmiyyətdə təbliğinə öz töhfəsini verəcəyini bildirib.