Ermənistanda toqquşma:


Digərləri 18 İyl 2019 17:34:00 183 0

Ermənistanda toqquşma:

İyulun 17-sində, axşam saatlarında Ermənistanda vətəndaşlarla polis arasında toqquşma olub.

Son.az virtualaz.org-a istinadən bildirir ki, bir qrup nümayişçi İcevanda mərkəzi yolu kəsərək hərəkəti dayandırıb. Nəticədə yüzlərlə maşın yolda qalıb və uzun tıxac yaranıb. Həmin yol Gürcüstan-Ermənistan dövlətlərarası magistral olduğundan polis dərhal hərəkətə keçib və bu zaman qarşıdurma baş verib. Etirazçılar onlara meşələrdən ağac kəsməyə icazə verilməsini tələb ediblər.

Polis əvvəlcə canlı divar quraraq, yolda hərəkətin məhdudlaşdırılmasına əngəl olmağa çalışıb. Lakin etirazçılar müqavimət göstəriblər. Bundan sonra toqquşma başlayıb, polisə daşlar atılıb. Belə olduqda polis geri çəkilib. Yaralananlar olub. Bundan sonra yol yenidən bağlanıb. Xəsarət almış 9 polis isə hospitala aparılıb. Mitinq iştirakçıları Tavuş vilayəti qubernatorunun yolu açmaqla bağlı çağırışına da məhəl qoymayıblar.

Vəziyyətin gərgin olması Ermənistan hökumətini də hərəkətə gətirib. Baş nazir Nikol Paşinyan da qanunsuz ağac kəsənlərin keçirdiyi aksiyaya və daha sonra baş verənlər münasibətini bildirib. "Dünən baş vermiş insidentin bütün günahkarları, həmçinin qanunsuz ağac kəsilməsinin təşkilatçıları ciddi şəkildə cəzalandırılacaqlar", - deyə Paşinyan "Feysbuk" səhifəsində yazıb.