4 yaşlı qızın bilərziyini oğurlayan keçmiş məhkum saxlanılıb


Digərləri 18 İyl 2019 12:13:36 206 0

4 yaşlı qızın bilərziyini oğurlayan keçmiş məhkum saxlanılıb

4 yaşlı qızın bilərziyini oğurlayan keçmiş məhkum saxlanılıb

Bakı. 4 yaşlı qızın bilərziyini oğurlayan keçmiş məhkum saxlanılıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, iyulun 17-də Binəqədi RPİ 7-ci PB-yə müraciət edən Bakı şəhər sakini V.Əliyev iyulun 15-də saat 19 radələrində rayon ərazisində 4 yaşlı qızının qolundakı bilərziyin oğurlanmasını bildirib. Dərhal keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş R.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.