"Azərsu" Abşeronda su problemi ilə bağlı məlumat yaydı


Digərləri 18 İyl 2019 11:45:00 205 0

"Azərsu" Abşeronda su problemi ilə bağlı məlumat yaydı

Abşeron rayonunun bəzi ərazilərində içməli suyun verilməsində müşahidə edilən məhdudiyyətlər bir neçə saat ərzində aradan qaldırılacaq.

Son.az xəbər verir ki, "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllının APA-ya verdiyi məlumata görə, magistral su kəməri üzərindəki tənzimləyici siyirtmədə yaranmış nasazlığın aradan qaldırılması ilə əlaqədar ASC-nin əməkdaşları gecəboyu işləyiblər, işlər hazırda da davam edir: "Bir neçə saatdan sonra işlər yekunlaşacaq və suyun verilməsi bərpa olunacaq".

Qeyd edək ki, yaranmış nasazlığın aradan qaldırılması ilə əlaqədar artıq bir neçə gündür Xırdalan şəhəri və Masazır qəsəbəsinə, həmçinin Binəqədi qəsəbəsinin Gülüstan yaşayış massivinə içməli suyun verilməsində məhdudiyyətlər var.