Azər Axşam hüquqmühafizə orqanlarına şikayət etdi: "O, mənəviyyatsızlığa, vicdansızlığa yol verib"


Şou-biznes 18 İyl 2019 10:55:00 283 0

Azər Axşam hüquqmühafizə orqanlarına şikayət etdi: "O, mənəviyyatsızlığa, vicdansızlığa yol verib"

Aparıcı Azər Axşam barəsində informasiya portallarında və sosial şəbəkələrdə yayılan saxta məlumatlarla bağlı hüquq müstəvisində tədbirlər görəcək.

Bu barədə sənətçi axşam.az-a məlumat verib.

Yazılı informasiyada deyilir:

"Bir neçə vaxtdır ki, naməlum şəxs və ya şəxslər tərəfindən internet informasiya ehtiyatında saxta istifadəçi adı ilə mənə qarşı böhtan kampaniyası aparılır, bəzi hallarda isə şərəf, ləyaqətimi və işgüzar nüfumuzu ləkələyən təhqiredici məlumatlar yayılır. Dözümlülük nümayiş etdirərək, şəxsin əməlindən əl çəkəcəyini düşünmüşəm. Lakin öz qeyri-etik, əxlaqi dəyərlərlə uzlaşmayan davranışlarını davam etdirən bu şəxs, hətta ayrı-ayrı saytlara verdiyim müsahibələrim məzmununu saxtalaşdırmaqdan, anamın adından saxta profil açıb bu vasitə ilə barəmdə həqiqətə uyğun olmayan, yalan məlumatları yazmaqdan belə çəkinməyərək, mənəviyyatsızlığa, vicdansızlığa yol verib.

Bu şəxslərin yazdığı məlumatları yayan media işçilərinə də təsadüf edilir. Buna görə də məsələnin hüquqi yolla həlli üçün hüquqşünaslara müraciət etmişəm.