Antalyada azərbaycanlıların olduğu avtobus aşdı - ADLAR


Digərləri 18 İyl 2019 10:32:00 227 0

Antalyada azərbaycanlıların olduğu avtobus aşdı - ADLAR

Türkiyədə azərbaycanlıların olduğu avtobus qəza törədib.

Bakı. Ceyhun Ələkbərov - Türkiyədə azərbaycanlıların olduğu avtobus qəza törədib. Trend-in məlumatına görə, hadisə ötən gün Antalyanın Manavqat vilayətində baş verib. Turistləri daşıyan avtobus idarəetməni itirərək yoldan çıxaraq aşıb. Avtobusun dərəyə aşması nəticəsində Məmmədovlar ailəsinin 5 üzvü müxtəlif dərəcəli xəsarətlər alıb: Elşən Məmmədov, Şəfəq Məmmədova, Nur Məmmədov, Ceyran Məmmədova və Əsma Məmmədova.