ANAMA: 804 minə yaxın mina və partlamamış hərbi sursat zərərsizləşdirilib


Digərləri 18 İyl 2019 08:55:17 205 0

ANAMA: 804 minə yaxın mina və partlamamış hərbi sursat zərərsizləşdirilib

İndiyədək ANAMA tərəfindən cəmi 535 milyon 431 min 256 kvadratmetr ərazi təmizlənib, 803 min 907 ədəd mina və PHS tapılaraq zərərsizləşdirilib.

Bakı. 2015-ci ildən indiyədək Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən, Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, yerli icra orqanları və digər qurumların müraciətləri əsasında təcili təxirəsalınmaz əməliyyatlar (tək sursat əməliyyatları) aparılıb, 3 milyon 813 min 674 kvadratmetr ərazi yoxlanılıb və nəticədə 16 min 493 ədəd mina və partlamamış hərbi sursat (PHS) aşkar edilərək zərərsizləşdirilib. Bu barədə Trend ANAMA-ya istinadən xəbər verir. Ümumilikdə, indiyədək Agentlik tərəfindən cəmi 535 milyon 431 min 256 kvadratmetr ərazi təmizlənib, 803 min 907 ədəd mina və PHS tapılaraq zərərsizləşdirilib.