Ağ Ev: Ankaranın S400 sistemlərini almaq qərarı onun F35 proqramında iştirakını mümkünsüz edir


Dünya 18 İyl 2019 08:23:00 261 0

Ağ Ev: Ankaranın S400 sistemlərini almaq qərarı onun F35 proqramında iştirakını mümkünsüz edir

Türkiyənin Rusiyadan S-400 zenit-raket komplekslərini alması onun F-35 proqramında iştirakını mümkünsüz edir.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Ağ Evin mətbuat katibi Stefani Qrişemin bəyanatında deyilir.

Bəyanatda bildirilir: "Təəssüf ki, Türkiyənin Rusiyanın S-400 zenit-raket komplekslərini almaq qərarı onun F-35 proqramında iştirakını mümkünsüz edir. F-35 kəşfiyyat məlumatların toplanması üzrə Rusiya platforması ilə birlikdə mövcud fəaliyyət göstərə bilməz".

Bundan əlavə qeyd edilir ki, ABŞ Ankaranın S-400 komplekslərini alması ilə bağlı məhdudiyyətlər nəzərə almaqlaTürkiyə ilə hərbi sahədə əməkdaşlığını davam etdirəcək.