Azərbaycanda onkoloji xəstələri müəyyən edə bilən yeni metod hazırlanıb
Digərləri 18 İyl 2019 08:17:00 61 0
Azərbaycan Milli Elmlər Akademiyasının AMEA-nın Biofizika İnstitutu və Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi ilə birgə işlənilib hazırlanan süni intellekt vasitəsilə onkoloji xəstələri müəyyən edə bilən yeni metod hazırlayıb.
Bu xəbəri də oxu: B12 vitamin çatışmazlığı bunlara səbəb olur
Son.az Trend-ə istinadən bildirir ki, AMEA-nın Biofizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov deyib ki, onkoloji və neyrodegenerativ xəstəliklər müasir biotibbin ən prioritet istiqamətlərindəndir. İqtisadi cəhətdən inkişaf etmiş əksər ölkələrdə ölüm səbəblərinin strukturunda bədxassəli şişlərin 18-23 faizlə ikinci yeri tutduğunu deyən natiq dünya əhalisinin təxminən 10 faizinin yaşla əlaqəli neyrodegenerativ xəstəliklərdən əziyyət çəkdiyini əlavə edib:
"Bu xəstəliklərin hər birində genetik, stress və başqa amillər mühüm rol oynayır. Bu çox amilli xəstəliklərin yaratdığı tibbi-sosial problemləri həll etmək üçün yeni innovativ, multidissiplinar yanaşmaların tətbiqinə böyük ehtiyac var".
Məruzəçi xəstəliklərin başlanğıc mərhələsini aşkar edə bilən yeni skrininq metodların tətbiqinin vacib olduğunu xüsusi qeyd edib. Vurğulayıb ki, bu yanaşma həm xəstələrin yaşama müddətinin və sağalma ehtimalının artması, həm də iqtisadi səmərəlilik nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb edir.
O.Qasımov Biofizika İnstitutu və Milli Onkologiya Mərkəzi ilə birgə işlənilib hazırlanan süni intellekt vasitəsilə ağciyər xərçənginin proqnozu üzrə aparılan işlərin uğurlu nəticələr verdiyini söyləyib: "Maşın öyrənməsi" fazasında sağlam və xəstə insanların qan plazmaları Furye Çevirici İnfraqırmızı spektrləri multivariat statistika vasitəsi ilə təsnif olunub, onun icrası yoxlanılıb, lazım gəldikdə optimallaşdırılıb. Maşın bu biliklərdən istifadə etməklə naməlum nümunələri multivariat statistika vasitəsi ilə təsnif edib proqnoz verir. İşlənib hazırlanan sistem sağlam insanları 80 faizə, ağciyər xərçəngi olan xəstələri isə 90 faizə qədər dəqiqliklə təyin edə bilir. Bu tədqiqatları davam etdirmək və maşın biliyinin həcmini artırmaqla təsnifatı daha da təkmilləşdirmək zəruridir".
Birləşmiş Ştatlar Özbəkistanda həyata keçirilən islahatları alqışlay

Tesla Motors-un sahibi olan və CEO-luq vəzifəsini icra edən Elon Musk, Merce

"Strategy Analytics" tədqiqat şirkəti 2020-ci ilədək dünyada ist

Ermənistanın Ecevan şəhərində polislə etiraz aksiyasını iştirakçılar

Avropa Kosmik Agentliyi qızları astronavt olmağa təşviq etmək üçün Barb

"Google" korporasiyasının mütəxəssisləri istifadəçilər tərə

May ayının ortasında təqdim edilmiş OnePlus 7 Pro smartfon modeli şirkə

2019-cu ilin yanvar-iyun aylarında ölkə əhalisinin nominal gəlirləri əvv

Çinin "Xiaomi" şirkəti Avropa ərazisində yeni elmi tədqiqat və

"Microsoft" korporasiyası bu yaxınlarda öz mobil proqramlarının i

Azərbaycan Milli Elmlər Akademiyasının AMEA-nın Biofizika İnstitutu və S

Cari ilin ikinci rübündə dünyada ənənəvi fərdi kompüterlərin tədarük

"App Store" onlayn-mağazanın işində bir neçə ölkədə problemlər yaranı

"Microsoft" korporasiyası qeyri-aktiv hesabları ləğv etməyə baş

"Sony" şirkəti çoxlu sayda porta malik yüksək səviyyəli "U
