Pentaqon Meksika ilə sərhədə daha 2 min hərbçi göndərib


Digərləri 18 İyl 2019 06:16:00 198 0

Pentaqon Meksika ilə sərhədə daha 2 min hərbçi göndərib

Pentaqonun rəhbərliyi Meksika ilə sərhədə əlavə hərbi kontingentin göndərilməsi barədə sorğunu qəbul edib

Bakı. Pentaqonun rəhbərliyi Meksika ilə sərhədə əlavə hərbi kontingentin göndərilməsi barədə sorğunu qəbul edib. Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyinə Pentaqonun nümayəndəsi Kris Mitçell deyib. K.Mitçelin sözlərinə görə, Pentaqon rəhbərinin vəzifəsini müvəqqəti icra edən Riçard Spenser Meksika ilə sərhədə 1000 Milli Qvardiya üzvü və 1,1 min hərbçinin göndərilməsi barədə qərar qəbul edib.