Ermənistanda polislə toqquşma zamanı 13 etirazçı xəsarət alıb


Digərləri 18 İyl 2019 03:19:00 252 0

Ermənistanda polislə toqquşma zamanı 13 etirazçı xəsarət alıb

Ermənistanın Ecevan şəhərində polislə etiraz aksiyasını iştirakçıları arasında toqquşma baş verib

Bakı. Ermənistanın Ecevan şəhərində polislə etiraz aksiyasını iştirakçıları arasında toqquşma baş verib. Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Ermənistan Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan bildirib ki, toqquşmalar zamanı 13 nəfər xəsarət alıb: "İcevanda toqquşmalar nəticəsində şəhərin tibb mərkəzinə 13 nəfər yerləşdirilib. Xəsarət alanlar lazımi müayinədən keçirlər... Onlar həkimlərin nəzarətində saxlanılırlar. Həkimlər xəsarət alanların bir hissəsini təkrar müayinədən sonra evə buraxacaqlar".