İspaniyada idman mərclərində fırıldaqçılığa qarşı mübarizə üzrə komissiya yaradılır


Dünya 17 İyl 2019 23:25:00 251 0

İspaniyada idman mərclərində fırıldaqçılığa qarşı mübarizə üzrə komissiya yaradılır

İspaniya Maliyyə Nazirliyi bukmeker kontorlarında fırıldaqçılığa qarşı mübarizə üzrə Milli Komissiyanın yaradıldığını açıqlayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, maliyyə naziri vəzifələrini icra edən Mariya Xesus Monteronun sözlərinə görə, bu sahədə korrupsiya idman dəyərlərini heçə endirir, azarkeşləri uzaqlaşdırır.

Komissiyaya idman məmurları, polis və mülki qvardiya nümayəndələri daxil olacaq. İdman dünyasında böyük nüfuzu olan insanları cəlb etmək də planlaşdırılır.