Qazaxda avtobusla vurulan qadın hadisə yerində olüb


Digərləri 17 İyl 2019 19:34:00 254 0

Qazaxda avtobusla vurulan qadın hadisə yerində olüb

Qazax şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, iyulun 16-da saat 8 radələrində Qazax şəhəri ərazisində Ağstafa rayon sakini E.Hüseynov idarə etdiyi "Otoyol" markalı avtobusla həmyerlisi İradə Tanrıverdiyevanı vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Qazax RPŞ tərəfindən araşdırma aparılır.