Anası bir yaşlı körpəni üçüncü mərtəbədən yerə saldı


Digərləri 17 İyl 2019 19:27:00 188 0

Anası bir yaşlı körpəni üçüncü mərtəbədən yerə saldı

Bakının Nəsimi rayonunda bədbəxt hadisə baş verib.

Nəsimi Rayon Polis İdarəsindən verilən məlumata görə, bir yaşlı uşaq üçüncü mərtəbədən yıxılıb.

Hadisə ötən gün Şəmsi Bədəlbəyli küçəsi, ev 106 ünvanında olub.

Belə ki, 2018-ci il doğumlu Cavadlı Cavidan Cavanşir oğlu anasının ehtiyatsız davranması səbəbindən əlindən yerə düşüb.

Kəllə-beyin travması alan körpə ağır vəziyyətdə Klinik Tibbi Mərkəzə yerləşdirilib.