Rusiya rublunun ən pis günü yaxınlaşır


Dünya 17 İyl 2019 17:54:00 315 0

Rusiya rublunun ən pis günü yaxınlaşır

"Beynəlxalq Maliyyə Mərkəzi"nin eksperti Vladimir Rojankovski bəyan edib ki, iyulun 26-ı Rusiya milli valyutası rubl üçün ən pis gün ola bilər.

Son.az bu barədə Sputnik Azərbaycan-a istinadən xəbər verir.

O, qeyd edib ki, həmin günün əvvəlində rubl 1 dollara nisbətdə 61,90 rubla qədər möhkəmələnə bilər.

Rojankovski vurğulayıb ki, Rusiya Mərkəzi Bankının həmin gün keçiriləcək monetar siyasətinə dair iclasından sonra investorlar məyus ola bilər.