Bu ilin 6 ayında 343 nəfər İİV-ə yoluxub, onların 31-i narkomandır


Digərləri 17 İyl 2019 17:47:00 267 0

Bu ilin 6 ayında 343 nəfər İİV-ə yoluxub, onların 31-i narkomandır

Ölkədə İİV-ə narkomanların yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur.

Bakı. Samir Əli - Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına əsasən, Azərbaycan vətəndaşları arasında 2019-cu ilin 6 ayı ərzində İİV-ə yoluxma hallarının 9,9%-i, ümumiliklə isə 1992-01.07.2019-cu il tarixədək yoluxma hallarının 42,2%-i inyeksion narkotik istifadəsi nəticəsində baş verib. Trend-in məlumatına görə, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının hesabatında göstərilib. Məlumata görə, ümumilikdə 1988-ci ildən İİV-infeksiyası aşkar olunmuş 7762 nəfərdən, 3222 xəstə, inyeksion narkotik istifadəçiləri olublar ki, onların da 2556 nəfəri (79,3%) dispanser qeydiyyatına götürülüb.