Pələng avtomobildən küçəyə tullandı


Dünya 17 İyl 2019 16:54:00 231 0

Pələng avtomobildən küçəyə tullandı

Rusiyada baş verən hadisə sosial şəbəkələrdə böyük marağa səbəb olub.

Son.az ölkə.az-a istinadən bildirir ki, kabriolet avtomobildə təlimçisi ilə birlikdə olan pələng maşın dayanan kimi qəfildən yola tullanıb. Pələngin bir sirkə aid olduğu bildirilir.

Hadisə İvanovo şəhərində baş verib. Pələng maşın dayanan kimi yola tullanıb. Pələng əks yolda qaçmağa başlayıb. Təlimçi isə onu tutmağa çalışıb.