Pentaqonun ölümsaçan silahı laboratoriyadan qaçıb


Dünya 17 İyl 2019 16:14:00 239 0

Pentaqonun ölümsaçan silahı laboratoriyadan qaçıb

Pentaqon gənələrdən "bioloji silah" yaratmaq istəyib, Amerika mediası yazır. 

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, belə bir iddianı Konqresin Nümayəndələr Palatası irəli sürüb.

İttihama əsasən, ABŞ müdafiə nazirliyi 1950-1975-ci illərdə gənə və digər həşəratlar üzərində təcrübələr apararaq onları bioloji silaha çevirməyə çalışıb. Lakin naməlum səbəbdən həşəratlar sonradan təbiətə buraxılıb.

Güman edilir ki, son dövrlərdə Borrelioz (Laym) xəstəliyinin geniş yayılması məhz Pentaqonun həşəratlar üzərində apardığı təcrübələrlə əlaqəlidir.

Nümayəndələr Palatası artıq təhqiqat aparmağı tələb edib. Belə ki, respublikaçı konqresmen Kris Smitin məsələ ilə bağlı təklif etdiyi düzəlişlər 2020-ci ilin müdafiə büdcəsinə dair qanun layihəsinə əlavə edilib.

Düzəlişlərə əsasən aparılacaq təhqiqat çərçivəsində Pentaqon bu məsələ ilə bağlı suallara cavab verməli olacaq.

"Roll Call" nəşrinin verdiyi məlumata əsasən, amerikalı hərbçilərin həqiqətən də bu cür eksperimentlər apardığı üzə çıxsa Pentaqon bununla bağlı Nümayəndələr Palatasının və Senatın silahı qüvvələr komitələrinə hesabat verməli olacaq. Müdafiə nazirliyi, həmçinin bu təcrübələrə məruz qalmış gənə və həşəratların təsadüfən və ya qəsdən təbiətə buraxıldığı iddialarına cavab verməlidir.