AzMİU-nun tələbələri SOCAR-ın təqaüdünü, NORM Sementin isə təcrübə proqramını qazanıblar


Digərləri 17 İyl 2019 14:37:00 423 0

AzMİU-nun tələbələri SOCAR-ın təqaüdünü, NORM Sementin isə  təcrübə proqramını qazanıblar

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 1 tələbəsi SOCAR-ın “təqaüdçüsü”, 4 tələbəsi isə NORM Sement-in “təcrübəçisi” seçilib.

Bakı. Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 1 tələbəsi SOCAR-ın “təqaüdçüsü”, 4 tələbəsi isə NORM Sement-in “təcrübəçisi” seçilib. Trend-in məlumatına görə, tədris ilinin II semestrində AzMİU-nun əməkdaşlıq etdiyi ölkənin aparıcı şirkətlərindən olan SOCAR və NORM Sement Azərbaycan universitetlərinin 2, 3, 4-cü kurs bakalavr və 1-ci kurs magistr tələbələri üçün daxili təqaüd proqramı və ödənişli yay təcrübə proqramı elan edib. AzMİU-nun tələbələri həmin proqramlara qatılıb, onlardan 5-i imtahan və müsahibələr nəticəsində uğur qazanıb. Universitetin SABAH qruplarının tələbəsi Rəhiməxanım Kazımlı 2018-2019-cu tədris ili üzrə həyata keçirilmiş SOCAR-ın Daxili Təqaüd Proqramına seçilən tələbələrdən olub. Qeyd edək ki, bir semestrlik nəzərdə tutulmuş təqaüdün hamısı SOCAR-da keçiriləcək mükafatlandırma mərasimində tələbəmizə təqdim olunacaq. NORM Sement-in də 2019-cu il üçün elan etdiyi ödənişli “Yay təcrübə proqramı” üzrə universitetin 4 tələbəsi - Mənsur İsmayılov (İnşaat mühəndisliyi), İnci Musayeva (İnşaat mühəndisliyi), Nurlan Qurbanov (Tikinti materialları), Ramin Qənbərli (Tikinti materialları) şirkətdə təcrübə keçmək imkanı qazanıb.