Tehranda zavodda yanğın - Ölən var


Digərləri 17 İyl 2019 12:48:57 182 0

Tehranda zavodda yanğın - Ölən var

İranın Tehran vilayətinin Pərdis rayonunda kauçuk zavodunda yanğın baş verib.

Bakı. Elnur Bağışov - İranın Tehran vilayətinin Pərdis rayonunda kauçuk zavodunda yanğın baş verib. Trend-in məlumatına görə, yanğın nəticəsində 1 nəfər həlak olub, 3 nəfər yaralanıb. Tehranın Təcili Yardım Mərkəzinin direktoru Peyman Sabirian xəbəri təsdiqləyib. Yanğının hansı səbəbdən baş verməsi barədə dəqiq məlumat açıqlanmayıb.