Göyçayda 2 uşaq anası ailəsi ilə mübahisə etdi,


Digərləri 17 İyl 2019 11:49:00 246 0

Göyçayda 2 uşaq anası ailəsi ilə mübahisə etdi,

Göyçay rayonunda gənc qadın ailə münaqişəsi zəminində özünə qəsd etmək istəyib.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə rayonun Çaxırlı kəndində baş verib.

Kənd sakini, 1991-ci il təvəllüdlü Rüstəmova Şahidə Zahir qızı ailə üzvləri ilə mübahisə edib. Mübahisə nəticəsində qadın evdən çıxaraq özünü kəndin kənarındakı su kanalına atıb. Ailə üzvlərinin köməkliyi ilə qadını xilas etmək mümkün olub.

Qadın Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Məlumata görə, Ş.Rüstəmova 2 azyaşlı uşaq anasıdır.