İranda mikroavtobus dərəyə aşıb


Dünya 17 İyl 2019 11:34:00 247 0

İranda mikroavtobus dərəyə aşıb

İranın İsfahan vilayətinin Buyin Miyandəşt-Xansar yolunda sərnişin mikroavtobusu dərəyə aşıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın İsfahan vilayəti yol polis rəisinin əvəzi polkovnik Əsğər Zare polis deyib.

Ə.Zarenin sözlərinə görə, hadisə nəticəsində 11 nəfər həlak olub, 8 nəfər yaralanıb.

Polkovnik yaralıların xəstəxanaya yerləşdirildiyini deyib.