Azərbaycanda heyvan xəstəliklərinə nəzarətin təkmilləşdirilməsi məqsədi ilə yeni layihəyə start verilir


Digərləri 17 İyl 2019 11:14:00 192 0

Azərbaycanda heyvan xəstəliklərinə nəzarətin təkmilləşdirilməsi məqsədi ilə yeni layihəyə start verilir

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birlikdə Azərbaycanda heyvan xəstəliklərinə nəzarətin təkmilləşdirilməsi məqsədi ilə milli potensialın gücləndirilməsi sahəsində yeni layihəyə start verir.

Bakı. İlhamə İsabalayeva - Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birlikdə Azərbaycanda heyvan xəstəliklərinə nəzarətin təkmilləşdirilməsi məqsədi ilə milli potensialın gücləndirilməsi sahəsində yeni layihəyə start verir. Trend-in məlumatına görə, layihənin məqsədi endemik və ekzotik transsərhəd heyvan xəstəliklərinin qarşısının alınması, diaqnostikası və erkən təsbiti üçün Azərbaycanın müvafiq qururmlarının potensialının artırılmasıdır. Təqdimat mərasimində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, FAO Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Xanım Mələk Çakmak, eləcə də Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri, müvafiq beynəlxalq və yerli təşkilatların nümayəndələri iştirak ediblər.