Göyçayda 2 uşaq anası ailəsi ilə mübahisə etdi, özünü kanala atdı


Digərləri 17 İyl 2019 10:51:07 234 0

Göyçayda 2 uşaq anası ailəsi ilə mübahisə etdi, özünü kanala atdı

Göyçay rayonunda gənc qadın ailə münaqişəsi zəminində özünə qəsd etmək istəyib.

Bakı. Samir Əli - Göyçay rayonunda gənc qadın ailə münaqişəsi zəminində özünə qəsd etmək istəyib. Trend-in məlumatına görə, hadisə rayonun Çaxırlı kəndində baş verib. Kənd sakini, 1991-ci il təvəllüdlü Rüstəmova Şahidə Zahir qızı ailə üzvləri ilə mübahisə edib. Mübahisə nəticəsində qadın evdən çıxaraq özünü kəndin kənarındakı su kanalına atıb. Ailə üzvlərinin köməkliyi ilə qadını xilas etmək mümkün olub. Qadın Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.