Mumbayda 100 yaşı olan bina uçuldu - 14 nəfər altında qaldı


Digərləri 17 İyl 2019 10:38:00 228 0

Mumbayda 100 yaşı olan bina uçuldu - 14 nəfər altında qaldı

Mumbayda 100 yaşı olan 4 mərtəbəli binanın uçulması faciəyə səbəb olub.

Bakı. Mumbayda 100 yaşı olan 4 mərtəbəli binanın uçulması faciəyə səbəb olub. Trend-in məlumatına görə, hadisə nəticəsində 14 nəfər dağıntılar altında qalaraq ölüb. Məlumata görə, 2-si uşaq olmaqla 9 nəfəri xilas etmək mümkün olub. Binanın uçulmasına isə son dövrlər müşahidə edilən musson yağışları səbəb olub. Binanın ətrafı dar küçə və döngələr olduğundan xilasetmə birqadası və texnikanın hadisə yerinə cəlb edilməsi çətinləşib.