Şəmkirdə yol qəzasında ölən və xəsarət alanların adları məlum oldu


Digərləri 17 İyl 2019 10:22:00 217 0

Şəmkirdə yol qəzasında ölən və xəsarət alanların adları məlum oldu

Şəmkir rayonunda baş verən ağır yol qəzası nəticəsində ölən və xəsarət alanların şəxsiyyəti məlum olub.

Bakı. Samir Əl - Şəmkir rayonunda baş verən ağır yol qəzası nəticəsində ölən və xəsarət alanların şəxsiyyəti məlum olub. Trend-in məlumatına görə, hadisə rayonun Çaparlı kəndində baş verib. Kənd sakini, 1998-ci il təvəllüdlü Sadıqov Rəşad Zakir oğlu həmyerlisi Vəfadar Hüseynova məxsus "VAZ 21074" markalı в-391-са-86 Rusiya dövlət nömrə nişanlı avtomobillə idarəetməni itirərək yolun kənarındakı su çəninə, sonra isə ağaca çırpılıb. Hadisə nəticəsində avtomobildə olan sərnişin, 1998-ci il təvəlüdlü Hüseynov Kazım Vəfadar oğlu ağır xəsarətlərlə xəstəxanaya çatdırılsa da, orada ölüb. Hadisə nəticəsində sürücü və sərnişini Mərdanov Fərid Arzu oğlu müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.